Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı son üç gündə Fransa polisi 3200 nəfəri saxlayıb.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin brifinqdə çıxışı zamanı bildirib.
Nazir bunun görünməmiş göstərici olduğunu deyib. Onun sözlərinə görə, saxlanılanların orta yaş həddi 17-dir. Həmin şəxslərin 60%-i daha əvvəl məhkumluğu olmayan şəxslərdir.