“Axmat”ın komandiri Ukraynada öldürülüb

A- A A+

Rusiyanın çeçenlərdən ibarət “Axmat” xüsusi təyinatlı batalyonunun komandiri Yevgeni Pisarenko Donbasda gedən döyüşlərdə öldürülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın RBK telekanalı “Axmat”ın komandiri Apti Alaudinova istinadən məlumat yayıb.

Rusiyalı müharibə jurnalisti Dmitri Kulko da Pisarenkonun həlak olması ilə bağlı Telegram kanalında məlumat paylaşıb. Bununla belə, Pisarenkonun nə vaxt həlak olması ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, “Axmat” batalyonu Ukraynada müharibənin əvvəlindən döyüş əməliyyatlarında iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: