Roma Papası Fransisk İsveçdə Quranın yandırılması aksiyasını pisləyib.
NUHÇIXAN xəbər verir ki, Roma Papasının sözlərinə görə, belə hərəkətlərə söz azadlığı ilə bəraət qazandırmaq olmaz.
“Söz azadlığı başqasına nifrət vasitəsi kimi, həmçinin qəbul olunmayan və qınanılan əməllərə haqq qazandırmaq üçün istifadə edilməməlidir”, - deyə pontifik bildirib.
İsveç polisi iyulun 28-də Stokholmun ən iri məscidi qarşısında etiraz aksiyasına icazə verib. Aksiya zamanı iştirakçılardan biri – 37 yaşlı şəxs Quranın bir neçə səhifəsini yandırıb. Hadisə müsəlman aləmində, o cümlədən Türkiyədə sərt şəkildə pislənilib.
Türkiyə İsveçin NATO üzvlüyünü ratifikasiya etməyən iki ölkədən biridir. Ankaranın Stokholma qarşı iddialarından biri də orada İslam əleyhinə vüsət alan aksiyalardır.