NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti daha bir il uzadıla bilər

A- A A+

NATO ölkələri iyulun 4-də baş katib Yens Stoltenberqin səlahiyyət müddətinin uzadılması ilə bağlı razılığa gələcəklər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qərar yeni namizədlə bağlı konsensusun olmaması fonunda qəbul ediləcək.

Qeyd edək ki, Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Baş katib vəzifəsi dörd il olmaqla iki dəfə uzadıla bilər. Sonuncu uzadılma isə bir il müddətinə, 2023-cü ilin sentyabrın sonuna qədər tətbiq edilib. Stoltenberqin 64 yaşı var və bundan əvvəl Norveçin Baş naziri olub.

Fevral ayında Yens Stoltenberq səlahiyyətlərinin uzadılmasına cəhd etmək niyyətində olmadığını açıqlamışdı. Lakin mətbuatın yazdığına görə, NATO ölkələri ondan qalmasını istəyiblər. Son həftələrdə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Danimarkanın Baş naziri Mette Frederiksenin baş katib postuna namizəd olması müzakirə olunub. Birincisi NATO-ya rəhbərlik etmək niyyətində olduğunu açıq şəkildə bəyan etsə də, ikincisi bu vəzifəyə müraciət etməkdən imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: