Kiyev əks-hücumun sonuna qədər “F-16” qırıcılarını almayacaq

A- A A+

Əks-hücum tamamlanana qədər Ukrayna “F-16” qırıcılarını almayacaq. Cəbhə xəttində mövcud vəziyyətlə əlaqədar yaxın vaxtlarda bu barədə qərar qəbul edilməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.

O həmçinin qeyd edib ki, ukraynalı pilotların, texniki mütəxəssislərin hazırlanması və təyyarələr üçün logistikanın təmin edilməsi əks-hücum bitənə qədər mümkün deyil.

Admiral etiraf edib ki, üç müdafiə xətti, geniş minalanmış sahələr Ukrayna hərbçilərinin cəbhə xəttində irəliləməsini çətinləşdirir.

“Politico”ya görə, Ukrayna bu il “F-16” qırıcılarını alacağını gözləyir, lakin bu, 2024-cü ilin əvvəlinə qədər mümkün deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: