İyun ayında 65 terrorçu zərərsizləşdirilib

A- A A+

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya iyun ayında 65 terrorçunun zərərsizləşdirildiyini bildirib.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya iyun ayında separatçı terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 65 terrorçunun zərərsizləşdirildiyini, saxlanılan 418 nəfərdən 112-nin həbs olunduğunu açıqlayıb. Yerlikaya sosial media hesabından verdiyi açıqlamada terrorla mübarizənin fasiləsiz davam etdiyini bildirib. Eyni zamanda Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, əməliyyatlar nəticəsində 16 terror aktının qarşısı alınıb, 38 bunker və sığınacaq yararsız vəziyyətə salınıb, 51 silah, 70 əl qumbarası, 24 mina, 3 kiloqram plastik partlayıcı, ümumilikdə 313 kiloqram partlayıcı maddə və müxtəlif ölçülərdə 6 min 937 sursat ələ keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: