İran Şanxay Əməkdaşlıq Təşkilatına daxil olub

A- A A+

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) iyulun 4-də İranın dövlətlərarası birliyə daxil olduğunu rəsmən elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü virtual sammitində qəbul olunub.

Beləliklə, İran ŞƏT-in doqquzuncu üzvü olub. Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Səmərqənd şəhərində keçirilən sammitində Tehranın birliyə üzvlüyü üçün öhdəliklərinə dair memorandum imzalanmışdı.

2001-ci il iyunun 15-də əsası qoyulan ŞƏT-ə əvvəlcə altı dövlət – Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiya daxil idi. 2017-ci ilə Hindistan və Pakistan da təşkilata üzv qəbul edilib. Hazırda isə Belarusun üzvlük prosesinə start verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: