İsrailin Baş naziri Cenin əməliyyatının başa çatdığını elan edib

A- A A+

“İsrail Fələstin şəhərlərində terrorçulara qarşı genişmiqyaslı hərbi əməliyyatlarını davam etdirəcək”.

NUHÇIXAN xəbər verir ki, bunu ölkənin Baş naziri Binyamin Netanyahu deyib.

Netanyahu İsrail ordusunun əsgərlərini Cenin şəhərində bir çox terror infrastrukturunu məhv etdiklərinə görə tərifləyib və qeyd edib ki, bununla da bir çox terror aktlarının qarşısı alınıb:

“Hazırda biz missiyanı başa vururuq və deyə bilərəm ki, Cenindəki geniş aksiyamız birdəfəlik tədbir deyil. Terrorun kökünü kəsmək üçün nə qədər lazımdırsa, davam edəcəyik. Cenin terrorizm üçün təhlükəsiz sığınacaq halına gəlməsinə imkan verməyəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: