Türkiyədə Qurban bayramında 35 milyondan çox insan səyahət edib

A- A A+

Türkiyədə Qurban bayramı günlərində quru, hava və dəmir yolu ilə 35 milyondan çox insan səyahət edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Onun sözlərinə görə, Qurban bayramını əhatə edən 9 günlük tətil dövründə səyahət edənlərin təxminə 7,9 milyonu hava nəqliyyatından istifadə edib. Türkiyə daxilində hava limanlarında eyni tarixlərdə 54 min 124 təyyarə və 7 milyon 882 min sərnişinin uçuşu reallaşdırılıb.

Bildirib ki, bayram günlərində sərnişin biletlərinə baha qiymətlər tətbiq edən şirkətlərə 3 milyon 182 min 8 lirə inzibati cərimə kəsilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: