Niderlandda qasırğa səbəbindən 300 aviareys ləğv olunub

A- A A+

Güclü külək səbəbindən Niderlandın “Schiphol” hava limanında ən azı 300 aviareys ləğv olunub, bəzi rayonlarda yıxılan ağaclar yolları bağlayıb.

NUHÇIXAN Niderland mediasına istinadla xəbər verir ki, ötən gecə ölkənin bir sıra rayonları “Poli” qasırğasının təsirinə məruz qalıb. Küləyin sürəti bəzi hallarda saniyədə 40 metrə çatıb. Bu, yay fəslində ölkədə qeydə alınan ən güclü qasırğadır.

Təbii fəlakətdən ən çox Niderlandın şimalında yerləşən əyalətlər zərər çəkib. Dörd əyalətdə “qırmızı” təhlükə səviyyəsi elan olunub. Hazırda qasırğa şərqə doğru hərəkət edir.

Meteoroloqların məlumatına görə, yay aylarında belə güclü qasırğa Niderland üçün qeyri-adi hadisədir. Adətən ölkədə qasırğa mövsümü oktyabrdan aprelə qədər davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: