Türkiyənin kosmosdakı gözü olan IMECE müşahidə peykindən çəkilən görüntü ilk dəfə paylaşılıb.
NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, müşahidə peykinin ilk görüntülədiyi məkan Bursadakı Togg Texnologiya Kampusu olub. Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilk dəfə İMECE-dən çəkilmiş şəkli sosial media hesabında paylaşıb.
Qeyd edək ki, 15 aprel 2023-cü il tarixində kosmosa buraxılan IMECE, heç bir məhdudiyyət olmadan dünyanın istənilən yerindən yüksək keyfiyyətli peyk şəkillərini çəkə bilir. IMECE hədəfin müəyyən edilməsi, aşkarlanması, təbii fəlakətlər və kənd təsərrüfatı kimi bir çox sahədə tətbiq olunacaq. Peyk orbitdəki sınaqlardan sonra Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək.