Türkiyədə məmurların maaşları qaldırılacaq, bəzi vergilər artırılacaq

A- A A+

Türkiyə parlamentində dövlət qulluqçularının minimum maaşlarının qaldırılması və bəzi vergilərin artırılması üzrə qanunverici təşəbbüs paketi hazırlanıb.

NUHÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, qanun layihəsi parlamentə təqdim olunub.

Hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının rəhbəri Abdullah Gülərin sözlərinə görə, dövlət qulluqçularının minimum maaşı 86 faiz artırılaraq 11,8 min lirədən 22 min lirəyə (850 dollar) yüksələcək. Ortalama məmur maaşı isə iyul ayından etibarən 25 min lirəyə (təxminən 960 dollar) çatacaq.

Eyni zamanda qanun layihəsində vergilərlə bağlı dəyişikliklər də yer alıb. Belə ki, 2023-cü ildə bütün növ nəqliyyat vasitələri üçün vergi iki dəfə artırılacaq. Həmçinin maliyyə ili ərzində əldə olunan korporativ gəlirlərdən tutulan verginin 25 faizdən 30 faizə qaldırılması təklif edilir. Bu, lizinq, faktorinq, elektron ödənişlər sahəsində fəaliyyət göstərən şirkətlərə, kapital bazarı institutlarına, sığorta şirkətlərinə və pensiya fondlarına aiddir.

İxracdan əldə edilən gəlirlərə tətbiq olunan stimullaşdırıcı vergi güzəştlərinin isə bir faizdən beş faizədək artırılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: