Cənubi Afrika Respublikasının şimalında qaz sızması nəticəsində azı 24 nəfər ölüb.
NUHÇIXAN "SABC" radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Qautenq əyalətinin fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Uilyam Ntladi bildirib.
Belə ki, Boksburq şəhəri yaxınlığındakı qeyri-qanuni yaşayış məntəqəsinin ərazisində tərkibində azot olan qaz sızması baş verib.
Ntladi qeyd edib ki, ilkin araşdırma azotun qeyri-qanuni hasilat üçün istifadə edildiyini ortaya çıxarıb.