Rusiya Xersonu atəşə tutub, 2 nəfər ölüb, çoxlu mülki şəxs yaralanıb

A- A A+

Rusiya ordusu Ukraynanın Xerson vilayətini atəşə tutub.

NUHÇIXAN xəbər verir ki, bunu Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, əraziyə 40-a yaxın mərmi atılıb və xüsusi yaşayış binaları hədəf alınıb.

Nəticədə 2 sakin həlak olub, çoxlu mülki şəxs yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: