Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Bolqarıstana rəsmi səfəri başlayıb.
NUHÇIXAN xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin yaydığı məlumata görə, Volodimir Zelenski Bolqarıstanın Baş naziri Nikolay Denkovla ətraflı danışıqlar aparacaq, Prezident Rumen Radevlə, həmçinin digər rəsmi şəxslər, parlamentarilərlə, siyasətçilərlə və jurnalistlərlə görüşəcək.
Görüşlərdə Kiyevə müdafiə dəstəyi, Ukraynanın Avratlantik məkanına inteqrasiyası, NATO sammiti, təhlükəsizlik təminatları və sülh formulunun həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.