ÜST ekoloji risklərin səbəb olduğu insan itkilərinin qarşısını almağa çağırır

A- A A+

Qarşısı alına bilinəcək ekoloji risk faktorları səbəbindən hər il Avropa regionuna aid 53 ölkədə 1,4 milyon insan həyatını itirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Budapeşt şəhərində keçirilən ətraf mühit və sağlamlığın mühafizəsi üzrə nazirlər konfransında səsləndirilib.

İyulun 7-də region ölkələrinin nazirləri və nümayəndələri insan itkilərini azaltmaq üçün təcili tədbirlərin görülməsi öhdəliyinin yer aldığı konkret fəaliyyətlər üzrə deklarasiya imzalayacaq. Budapeşt deklarasiyası Avropa Regional Komitəsinin 2023-cü il oktyabrın 24-26-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək 73-cü sessiyasında müzakirəyə çıxarılacaq.

Ekspertlərin hesablamalarına görə, ötən il Avropada təkcə ekstremal istilərdən ən azı 20 min insan həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: