İyulun 6-da Rusiyanın Lvova raket hücumları nəticəsində ölənlərin sayı yenidən artıb. Dağıntılar altında 10-cu qurbanın cəsədi tapılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Lvov şəhər meri Andrey Sadovoy məlumat verib. Onun sözlərinə görə, dünən gecədən davam edən axtarış-xilasetmə əməliyyatı yekunlaşmaq üzrədir.
Xatırladaq ki, iyulun 6-da Rusiya ordusunun Lvova atdığı raketlərin biri yaşayış binasına düşüb. Binanın iki girişində 3-cü və 4-cü mərtəbələr dağılıb, 60-a yaxın mənzilə və 50 avtomobilə ziyan dəyib.