KİV: ABŞ Rusiyaya bir sıra malların idxalını məhdudlaşdırmaq üçün Honq-Konq və BƏƏ-yə təzyiq edir

A- A A+

ABŞ Xəzinədarlığı Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Rusiyaya ikili təyinatlı malların daşınmasını məhdudlaşdırmaq üçün təzyiq edir və onlar bu ölkələrin şirkətləri ilə danışıqlar aparıblar.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə Nikkei Asia nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Maliyyə Nazirliyinin üç rəsmisi iyunun 15 və 16-da bir neçə Honq-Konq təşkilatı ilə görüşlər keçirib və onlara 38 ikili təyinatlı əşyanın daxil olduğu siyahı təqdim edib. Qəzetin yazdığına görə, siyahıya yarımkeçiricilərdən tutmuş təyyarə, helikopter və dron hissələrinə qədər mallar daxildir. İclasda HSBC, “Standard Chartered” və “Bank of China” beynəlxalq bankının nümayəndələri iştirak ediblər.

Rəsmilər məsələni müzakirə etmək üçün BƏƏ-yə də səfər ediblər.

Bundan əvvəl Çinin bu xüsusi inzibati bölgəsində mərkəzi bank kimi fəaliyyət göstərən Honq-Konq Valyuta Təşkilatının (HKMA) sözçüsü Sonia Yu bildirib ki, Honq-Konqun maliyyə qurumları Rusiyaya qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyalara qətiyyən əməl etməyə borclu deyillər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: