BMT rəsmisi: İranın nüvə sazişi ilə bağlı danışıqlarda heç bir irəliləyiş yoxdur

A- A A+

İranın nüvə sazişi üzrə danışıqlarda heç bir irəliləyiş yoxdur. Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan İran nüvə sazişinin bərpası üçün aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT Baş katibinin siyasi və sülh quruculuğu üzrə köməkçisi xanım Rozmari DiKarlo bildirib.

O bu fikirləri BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) COEP üzrə sessiyasında çıxış zamanı deyib.

DiKarlo İranın nüvə probleminin həllinin yeganə yolunun diplomatiya olduğunu vurğulayaraq, tərəflərin dialoqu tez bir zamanda yenidən qurmasının vacib olduğunu bildirib.

DiKarlo BMT-nin Baş katibi Antonio Quterreşin tələbini təkrarlayaraq, ABŞ-ı COEP-ə uyğun olaraq İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb.

İranı COEP çərçivəsində nüvə öhdəliklərini yerinə yetirməyə çağıran DiKarlo, müqaviləni canlandırmaq üçün aparılan danışıqlarda hələ də heç bir irəliləyiş əldə olunmadığını söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: