Volodimir Zelenski müharibə başlayandan stresslə necə mübarizə apardığını açıqlayıb

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan stresslə necə mübarizə apardığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə xarici KİV-ə müsahibəsində danışıb.

Dövlət başçısı musiqi dinləməyi sevdiyini söyləyib: “Xüsusilə tək qalıb musiqi dinləməyi sevirəm. Həmin anlar mənim üçün əhəmiyyətlidir. Adətən bu, səhərlər olur”.

V. Zelenski AC/DC rok qrupunu bəyəndiyini bildirib: “Bundan başqa, Ukraynanın milli mahnılarını da dinləyirəm. Çünki musiqidən zövq almaqla yanaşı, həm də sözləri başa düşürəm”.

Prezidentin sözlərinə görə, səhərlər AC/DC altında məşqlər edir: “Bu, mənə enerji verir”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü V.Zelenski 2019-cu ildə Ukrayna Prezidenti seçilib. O, siyasətlə məşğul olmamışdan əvvəl aktyor kimi fəaliyyət göstərib, bir sıra filmlərə çəkilib və yumoristik şoular hazırlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: