Litva, Polşa və Latviya prezidentləri NATO-nun Baş katibinə birgə məktub göndərib: “Bizi Rusiyadan qoruyun”

A- A A+

Litva Prezidenti Gitanas Nauseda, Polşa lideri Anjey Duda və Latviyanın dövlət başçısı Egils Levits NATO-nun Baş katibi Yens Stoltenberqə məktub göndəriblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Litva Prezidentinin saytı məlumat yayıb.

Məktubda Rusiya ilə Belarus arasında əməkdaşlığın təkcə regionun deyil, həm də Avro-Atlantik məkanın təhlükəsizliyinə xələl gətirdiyi diqqətə çatdırılıb: “Rusiya Ukraynaya qarşı müharibədə Belarusun ərazisi və resurslarından istifadə edir. Bu isə tərəflər arasında daha sıx hərbi əməkdaşlıqdan xəbər verir”.

Üç ölkə lideri birgə məktublarında vurğulayıblar ki, hərbi əməkdaşlığın güclənməsinin son təzahürü Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsidir: “Bu, vəziyyəti daha da gərginləşdirir və cəmiyyətin təhlükəsizliyinə birbaşa təhdid yaradır”.

Məktubda qeyd olunub ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin üzvlərinin bir hissəsinin Belarusa yerləşməsi də diqqətdə saxlanılmalıdır: “Biz hər cür təhlükə ilə üzləşə bilərik. Ona görə də NATO-nun Vilnüs sammiti ərəfəsində bizə həmrəylik və birlik lazımdır. Biz Rusiyaya mövcud təhdidləri başa düşdüyümüzü və ehtimal edilən təhlükələrə qarşı bütün tədbirləri görməyə hazır olduğumuzu göstərməliyik”.

Litva, Polşa və Latviya prezidentləri hesab edirlər ki, ehtimal edilən nüvə müharibəsinin qarşısı alınmalı, Alyansın şərq cinahı gücləndirilməli, müdafiə xərcləri artırılmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: