Monteneqro Prezidenti 7 ildən sonra Serbiyaya ilk dəfə səfər edəcək

A- A A+

Monteneqro Prezidenti Yakov Milatoviç iyulun 9-10-da Serbiyaya rəsmi səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, böyük rəmzi əhəmiyyətə malik bu səfər Monteneqro Prezidentinin 7 ildən sonra Belqrada ilk səfəri olacaq.

Y.Milatoviçin Serbiyaya səfəri zamanı müxtəlif görüşlər keçirməsi, həmçinin Avala şəhərindəki Naməlum Qəhrəmanın abidəsinin və mayın 3-də silahlı hücumun baş verdiyi “Vladislav Ribnikar” adına orta məktəbin qarşısına gül dəstələri qoyması planlaşdırılır.

Monteneqro lideri bəyan edib ki, Belqrada səfərinin məqsədi iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirməkdir.

Xatırladaq ki, Yakov Milatoviç aprelin 2-də Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunda seçicilərin 60 faizdən çoxunun səsini toplayaraq qalib gəlib. Mayın 20-də vəzifə səlahiyyətlərinin icrasına başlayan Y.Milatoviç ilk rəsmi səfərini Brüsselə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: