Meksika körfəzinin cənubunda yerləşən dəniz platformasında cümə günü səhər tezdən baş verən şiddətli yanğın nəticəsində iki işçi ölüb, bir işçi itkin düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə neft şirkəti “Pemex”in məlumatında qeyd olunub.
Şirkət digər işçilərin təxliyə olunduğunu, neft hasilatının yanğından böyük zərər gördüyünü bildirib.
Qeyd edək ki, ötən gün Meksika körfəzindəki Cantarell yatağında “Pemex”in “Nohoch-A” neft platformasının iki bölümündə güclü yanğın baş verib.