Finlandiya Sərhəd Mühafizəsi ABŞ Prezidenti Cozef Baydenin səfəri ilə əlaqədar Şengen sərhədlərində nəzarəti gücləndirir.
NUHÇIXAN STT informasiya agentliyi xəbər verir ki, daxili sərhəddə (Şengen ölkələri arasındakı sərhəd) müvəqqəti nəzarət şənbə günü başlayacaq və iyulun 15-də başa çatacaq. Finlandiya Prezidenti Sauli Niinistö Baydeni qəbul edəcək və iyulun 13-də Helsinkidə Şimal ölkələri-ABŞ sammiti keçiriləcək. Görüşdə ABŞ və Finlandiya prezidentləri ilə yanaşı, İsveç, Danimarka, Norveç və İslandiyanın baş nazirləri iştirak edəcək.
Analoji zirvə görüşü sonuncu dəfə yeddi il əvvəl - 2016-cı ildə Vaşinqtonda keçirilmişdi.