Rusiya ordusu Ukraynanın Liman şəhərini atəşə tutub, 6 nəfər ölüb

A- A A+

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə, şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub.

Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: