Rusiya və Ermənistan XİN başçılarının müavinləri sülh müqaviləsi üzrə işin gedişatını təhlil ediblər
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ermənistanlı həmkarı Vahe Gevorkyan arasında telefon danışığı olub.
NUHÇIXAN Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.
Onlar həmçinin tərəflər arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatını təhlil ediblər.