ABŞ MN Ukraynaya kasetli sursat göndərilməsinin səbəbi barədə Baydenin izahını təkzib edib

A- A A+

“ABŞ-ın Ukraynaya kasetli sursat göndərməsinin əsas səbəbi əks-hücum əməliyyatlarının yavaş davam etməsidir”.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kahl brifinqdə deyib.

Onun fikrincə, bu silahlar əks-hücum əməliyyatlarını sürətləndirə bilər:

“Rusların mövqelərini möhkəmləndirmək üçün hələ 6 ay vaxtları var. Ukraynaya isə qarşı tərəfin müdafiəsini yarmaq üçün sursat lazımdır”.

K.Kahlın sözlərinə görə, kasetli bombalar Ukraynaya lazımi vaxtda çatdırılacaq

Pentaqon rəsmisi deyib ki, Ukraynaya kaset sursatlarının göndərilməsi həm də Rusiyaya ukraynalıların mübarizə aparacağına dair mühüm siqnaldır:

“ABŞ Ukraynanın yanında olmağa davam edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların tədarükünü artıq təsdiqləyib. Bayden kaset sursatlarının Ukraynaya təhvil verilməsi qərarının ölkədə adi mərmilərin tükənməsi səbəbindən verildiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: