“Airbus” ilin birinci yarısında 1044 sifariş alıb.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, “Airbus” bu il müştərilərə 720 təyyarə çatdırmağı planlaşdırır. Ən çox sifariş edən Hindistanın “IndiGo” və “Air India” aviadaşıyıcılarıdır - müvafiq olaraq 500 və 250 təyyarə. Bu sifarişlər ötən ay Paris Aviasiya Sərgisində verilib.
2022-ci ildə “Airbus”a ilin birinci yarısında cəmi 259 sifariş verilmişdi və həmin altı ayda istehsalçı müştərilərə 297 təyyarə çatdırmışdı.
“Airbus”un hazırda ən populyar modeli “A321neo”dur. Bundan əvvəl isə “A320ceo” ən çox tələbat olan təyyarə idi.