Moskvada Körfəz Əməkdaşlıq Şurasının Nazirlər İclası keçiriləcək

A- A A+

İyulun 10-da Moskvada Rusiyanın iştirakı ilə Körfəz Əməkdaşlıq Şurasının Nazirlər İclası keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə təşkilatın katibliyinin şənbə günü öz saytında dərc olunmuş bəyanatında deyilir.

Tədbir zamanı tərəflər beynəlxalq gündəliyin bəzi aspektlərini, eləcə də regionda əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Dördüncü dəfə təşkil olunan görüş Rusiya ilə Fars körfəzi ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə yönələcək.

Qeyd edək ki, 1981-ci ildə yaradılmış təşkilatın məqsədi iştirakçı dövlətlər arasında siyasi koordinasiya və iqtisadi inteqrasiya, həmçinin Fars körfəzində regional təhlükəsizliyin və müdafiənin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: