Hindistanın Dehli şəhərində son 20 ilin ən intensiv yağışı yağıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Güclü yağışlar nəticəsində bir nəfər həlak olub, 15 bina dağılıb.
Telekanalın məlumatına görə, Dehlinin ən mühüm iş və ticarət bölgələrindən biri olan "Connaught Place" su altında qalıb.
Qeyd edək ki, iyunun sonunda Hindistanda 500 minə yaxın insan daşqından zərər çəkib.