NATO-nun Vilnüs sammiti ərəfəsində Latviyanın Almaniyadakı səfiri Alda Vanaga deyib ki, davam edən münaqişə kontekstində Ukrayna alyansa üzv ola bilməz, lakin Kiyev təhlükəsizlik zəmanəti almalıdır.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə şənbə günü “Redaktionsnetzwerk Deutschland” redaksiya birliyinə verdiyi müsahibəsində bildirib.
"Bu, NATO-nun şərq cinahını necə daha yaxşı qoruya biləcəyimizə və Ukraynanın Şimali Atlantika Alyansına necə qəbul olunacağına dair tarixi sammit olacaq. İndi müharibə şəraitində bunu qəbul etmək mümkün deyil, lakin biz Ukraynaya qoşulmazdan əvvəl ona hansı təhlükəsizlik zəmanətlərinin verilə biləcəyini də çox intensiv müzakirə edirik”, - deyə A.Vanaga söyləyib.
Diplomatın fikrincə, sual bütün ölkələrin birlikdə, yoxsa yalnız ayrı-ayrılıqda nəyəsə nail ola biləcəklərindən gedir.
Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.