Ukrayna: Müharibə başlayandan bəri 233 mindən çox rus əsgəri həlak olub

A- A A+

Ukrayna tərəfi Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri 233 mindən çox rus əsgərinin öldürüldüyünü iddia edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığı bildirib.

Komandanlıq müharibənin 500-cü günündə qeyd edib: "Bu, çətin 500 gündür, lakin azadlığımız və birliyimiz üçün əbədi mübarizəmizin simvoludur. Müharibə başlayandan bəri qarşı tərəfin 233 mindən çox şəxsi öldürülüb, qarşı tərəfə aid 4000-dən çox tank, 8000-ə yaxın zirehli texnika, 4346 artilleriya sistemi, 315 təyyarə və 309 helikopter, 410 hava hücumundan müdafiə sistemi və 3000 hava hücumundan müdafiə sistemi, 666 pilotsuz uçuş aparatı, 1271 qanadlı raket, 6 min 914 texnika, 619 xüsusi texnika və 18 gəmi məhv edilib”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ordusunda əsgər itkisi ilə bağlı yaydığı məlumatları təsdiqləməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: