Çinin cənubundakı Quandın vilayətində naməlum şəxsin bıçaqla uşaq bağçasına hücumu nəticəsində ən azı 6 nəfər ölüb, bir nəfər xəsarət alıb.
NUHÇIXAN polisin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 7:40 radələrində Liencian şəhərinin Henşan qəsəbəsində baş verib. Ölənlər arasında uşaqların olması barədə hələ məlumat yoxdur.
Hücumu törətməkdə şübhəli bilinən 25 yaşında kişi saxlanılıb. Hələlik hadisənin motivləri bilinməsə də, polisin açıqlamasında hücumun qəsdən törədildiyi vurğulanır.