Putin Kremldə Priqojinlə və "Vaqner" komandirləri ilə görüşüb

A- A A+

İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə üç saata yaxın görüş keçirib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Putin Priqojin və “Vaqner”in komandirləri ilə görüşdə şirkətin cəbhədəki fəaliyyətini və 24 iyun hadisələrini qiymətləndirib, həmçinin komandirlərin izahatlarını dinləyib və onlara işə qəbul və döyüş variantları təklif edib. “Vaqner” komandirləri Putinə 24 iyun hadisələri ilə bağlı öz versiyalarını təqdim ediblər. Qeyd ediblər ki, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləridir",- deyə Kremlin mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, görüşdə 35 nəfər iştirak edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: