Ukraynanın Sum vilayətinin sakinləri Rusiya ilə həmsərhəd zonadan təxliyə edilir

A- A A+

Ukraynanın Sum vilayətində Rusiya ilə 5 kilometrlik sərhədyanı ərazidən sakinlərin təxliyəsi həyata keçiriləcək. Bu qərar artilleriya hücumlarının artması ilə əlaqədar qəbul edilib.

NUHÇIXAN bu barədə Sum vilayəti hərbi administrasiyasının məlumatına istinadla xəbər verir.

Sum vilayəti hərbi administrasiyasının rəhbəri Vladimir Artyux bununla bağlı deyib: “Sərhəd icmalarının daimi artilleriya atəşinə tutulması və son vaxtlar bu hücumların sayının xeyli artması infrastruktur obyektlərinin, həyat fəaliyyətini təmin edən müəssisələrin, eləcə də şəxsi evlərin dağılmasına səbəb olur. Ən başlıcası, insanlarımız həlak olurlar”. O əlavə edib ki, ümumi statistikaya görə, 2023-cü il yanvarın 1-dən iyul ayına qədər düşmənin artilleriya hücumları nəticəsində 35 mülki şəxs həlak olub, son bir ayda isə biri uşaq olmaqla, 17 sakin həyatını itirib.

Bununla yanaşı, 5 kilometrlik sərhədyanı ərazidə mülki şəxslərin olması Ukrayna ordusuna düşmənin hücumlarına effektiv cavab verməyə, adekvat zərbələr endirməyə mane olur. Çünki mülki əhali daha böyük təhlükələrə məruz qala bilər. V.Artyux vurğulayıb: “Bunları nəzərə alaraq, Sum vilayətinin Müdafiə Şurası təxliyənin hazırlanması və həyata keçirilməsi barədə qərar qəbul edib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: