Peskov: “Rusiya Azərbaycan rəhbərliyinin idmanın siyasiləşdirilməsinin yolverilməzliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir”
“Rusiya idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir”.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
“Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk və bu mövqeyi bölüşürük”, - o vurğulayıb.
Daha əvvəl Qoşulmama Hərəkatı Bakıda keçirilən nazirlər görüşünün yekunlarına əsasən 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul edib.