BMT: Quterreş taxıl sazişini uzatmaq üçün əlindən gələni edir

A- A A+

BMT-nin Baş katibi Antoniu Quterreş taxıl sazişinin, o cümlədən Rusiya ərzaq və gübrələrinin ixracı üzrə razılaşmaların uzadılması və tam icrası üçün mümkün olan hər şeyi edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Təşkilatın baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

“Hazırda heç bir səyahət elanım yoxdur, amma sizə deyə bilərəm ki, mən bu səhər baş katiblə bu (taxıl sazişi – red.) haqda danışmışam. İstər Qara Dəniz Taxıl Təşəbbüsü, istərsə də Anlaşma Memorandumu olsun, dünya aclığı ilə mübarizənin əhəmiyyətini nəzərə alaraq, bütün razılaşmalar davam edir və tam icra olunur”, - o qeyd edib.

“Biz bütün əsas tərəflərlə, xüsusən də Rusiya, Ukrayna və Türkiyə ilə əlaqə saxlayırıq”, - BMT rəsmisi əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: