İsrail çoxqatlı HHM sisteminin sınaqlarını başa çatdırıb

A- A A+

İsrail təhlükəsizlik qüvvələri çoxqatlı hava hücumundan müdafiə sistemləri üçün qabaqcıl təhdidləri simulyasiya edən mürəkkəb ssenariləri tamamlayıb.

NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələri “Qalxan və Ox” anti-terror əməliyyatında “David’s Sling” adlandırılan hava hücumundan müdafiə sistemindən istifadə edib.

İsrailin hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Ox, Dəmir Günbəz və Dəniz Dəmir Qübbəsinin mərkəzi komponenti hesab edilən “David’s Sling” sistemi real döyüş şəraitində öz üstün imkanlarını nümayiş etdirib. Əsasən ballistik və qanadlı raketlərdən, təyyarə və dronlardan müdafiəni özündə ehtiva edən “Qalxan və Ox” əməliyyatı ilə beş gün ərzində terror qruplaşmasının 6 yüksək rütbəli üzvü məhv edilib və 400-dən çox müdafiə mövqeyi dağıdılıb. Bununla da real münaqişə zonasında ilk dəfə tətbiq edilən HHM sistemi müdafiə raketləri dünyasında texnoloji keyfiyyət üstünlüyünü sübut edib.

Qeyd edək ki, sistemin imkanlarını genişləndirmək və çoxqatlı hava hücumundan müdafiə kompleksini əhəmiyyətli dərəcədə təkmilləşdirmək üçün İsrail Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi və “Rafael” şirkətinin keçirdikləri birgə sınaqda İsrail Aerokosmik Sənayesi və “Elbit sistemləri” şirkəti, eləcə də ABŞ-ın yüksək rütbəli müdafiə rəsmiləri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: