Fransa Ukraynaya uzaq mənzilli raketlərin tədarükünə başlayıb

A- A A+

Paris artıq uzaq radiuslu “SCALP” raketlərinin Ukraynaya tədarükünə başlayıb.

NUHÇIXAN xəbər verir ki, France-Presse agentliyi bu barədə Fransa Müdafiə Nazirliyindəki mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya uzaq radiuslu silahlar veriləcəyini elan etdiyi andan ilk raketlər Kiyevə yola salınıb.

Bir müddət öncə Fransa Prezidenti NATO-nun Vilnüs şəhərindəki sammitinə gələrkən uzaq məsafəyə zərbələr endirmək üçün Kiyevə yeni raketlər vermək qərarına gəldiklərini bildirib. O, həmçinin Ukraynanın apardığı əks-hücum əməliyyatları ilə bağlı yaranan vəziyyəti nəzərə alaraq, bu ölkəyə silah və sursat tədarükünü artıracaqlarını vurğulayıb.

Qeyd edək ki, “SCALP” Böyük Britaniyanın “Storm Shadow” raketlərinin analoqu sayılır. Bu raketlər 300 kilometr uzaqlıqdakı hədəflərə dəqiq zərbə endirmək imkanına malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: