Tailandın Baş naziri Prayut Çan-Oça siyasətdən uzaqlaşır

A- A A+

Doqquz il öncə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş Tailandın Baş naziri Prayut Çan-Oça siyasətdən getmək barədə qərar qəbul edib.

NUHÇIXAN “Bangkok Post” qəzetinə istinadla xəbər verir ki, siyasətçi bu qərarını qurucusu olduğu Birləşmiş Tailand Milləti Partiyasının mayın 14-də keçirilən parlament seçkilərində göstərdiyi zəif nəticə ilə əlaqələndirib.

Qeyd edək ki, 2014-cü ildə Tailandda baş vermiş hərbi çevrilişdən sonra ölkə parlamenti general Prayut Çan-Oçanı Baş nazir postuna seçib. Bu il mayın 14-də ümumxalq səsverməsi ilə keçirilən parlament seçkilərində isə Pita Limjaroenratın İrəli Hərəkət Partiyası qalib gəlib. Hökumət başçısı postuna seçkilər iyulun 13-nə təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: