Hindistanda daşqın və torpaq sürüşməsi 100-dən çox insanın ölümünə səbəb olub

A- A A+

Hindistanın şimalında yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam ölüb.

NUHÇIXAN “India Today” telekanalına istinadla xəbər verir ki, təbii hadisədən daha çox Himaçal-Pradeş əyaləti zərər çəkib. Burada çoxsaylı sürüşmə müşahidə olunub, yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarında nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist hələ də dağlarda qalıb. Ümumilikdə təbii fəlakət nəticəsində ştatda 80-ə yaxın insan həlak olub. Hazırda yağışlar, demək olar, dayanıb. Xilasetmə və bərpa işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: