Rusiyanın xarici işlər naziri Cakartada ASEAN tədbirlərində iştirak edəcək

A- A A+

İyulun 12-14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın paytaxtı Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak edəcək.

NUHÇIXAN Rusiya mediasına istinadla xəbər verir ki, Lavrov Rusiya-ASEAN, Şərqi Asiya Sammiti və ASEAN Regional Təhlükəsizlik Forumu formatlarında xarici siyasət idarələri rəhbərlərinin görüşlərində iştirak edəcək.

İyulun 12-də Lavrov ASEAN-ın Baş katibi Kao Kim Hourn ilə görüşəcək. İyulun 13-də Rusiya və Assosiasiya dövlətlərinin xarici əlaqələr idarələri rəhbərlərinin görüşü zamanı siyasi, ticari-iqtisadi və sosial-mədəni sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair müzakirələr aparılacaq, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

İyulun 14-də Şərqi Asiya Sammiti ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək, aktual regional və beynəlxalq problemlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: