Ermənistan TŞ sədri: "Rusiya öhdəliklərini yerinə yetirmir, bizi silahla təmin etmir"

A- A A+

"Rusiya öhdəliklərini yerinə yetirmir".

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) sədri Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın müqavilələrdə nəzərdə tutulan silah və sursatla Ermənistanı təmin etməməsi iki ölkə münasibətlərinin gündəmində qalmaqda davam edir.

TŞ sədrinin sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”.

A.Qriqoryan həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdır: “Bu, çox vacibdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: