Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, dizayn və təsviri incəsənət müəllimliyidir. Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət imtahanlarının keçirilməsinə iyunun 18-dən etibarən start verilib.
DİM-dən NUHÇIXAN-a verilən xəbərə görə, ali təhsil səviyyəsi üzrə statistik göstəricilərə baxsaq, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən bu ixtisaslar arasında abituriyentlərin daha çox dizayna (sahələr üzrə) və dekorativ-tətbiqi sənətə maraq göstərdikləri məlum olur. Bu il ali təhsil səviyyəsinə aid 14-cü (dizayn) komissiya üzrə 2482, 15-ci (dekorativ-tətbiqi sənət) komissiya üzrə 735 abituriyent qeydiyyatdan keçib.
Bu ixtisaslar üzrə qabiliyyət imtahanı fənni olan rəsm imtahanında A2 formatlı kağız üzərində karandaşla naturadan gipsdən olan antik başın rəsmi çəkilir. Dekorativ-tətbiqi sənət ixtisası üzrə abituriyentlər rəngkarlıq fənnindən də imtahan verirlər. İmtahanların nəticəsi 10 ballıq şkala üzrə qiymətləndirilir. “Müvəffəq” qiymət almaq üçün abituriyentin nəticəsi 6 bal və daha yuxarı olmalıdır.
14-cü komissiya üzə qabiliyyət imtahanları artıq başa çatıb. 2482 abituriyentdən 462 nəfəri imtahana gəlməyib. Nəticələrə əsasən 606 nəfər imtahanda müvəffəq qiymət alıb. Yerinə yetirilən işlərin 12-si 9 bal, 83-ü 8 bal, 147-si 7 bal, 364-ü 6 balla qiymətləndirilib. 1414 nəfər 6 baldan aşağı qiymət alıb.
Qeyd edək ki, dizayn ixtisasına xüsusi qabiliyyət imtahanı tələb edən ali təhsil müəssisələri üzrə 450, xüsusi qabiliyyət imtahanı tələb etməyən ali təhsil müəssisələri üzrə isə 350 plan yeri nəzərdə tutulub. Ümumilikdə 800 plan yerindən 200-ü dövlət sifarişli yerlərdir. Dövlət sifarişinin yerləri xüsusi qabiliyyət tələb edən və xüsusi qabiliyyət tələb etməyən ixtisaslar arasında plan yerlərinin nisbətinə uyğun bölünür.
15-ci komissiya üzrə 735 abituriyentdən 48 nəfəri rəsm imtahanına gəlməyib. Rəsm imtahanından müvəffəqiyyətlə keçən 221 nəfər rəngkarlıq imtahanında iştirak edib. Onlardan 164 nəfər (8 nəfər 9 bal, 50 nəfər 8 bal, 64 nəfər 7 bal, 42 nəfər 6 bal) müvəffəq qiymət alıb.
Dekorativ-tətbiqi sənət ixtisası üzrə 80 plan yeri nəzərdə tutulub ki, bunlardan 55-i dövlət sifarişli yerlərdir.
14-cü və 15-ci komissiyanın rəsm fənni üzrə apellyasiya müraciətlərinə baxılması üçün 5-7 iyul tarixlərində abituriyentlərin onlayn qeydiyyatı aparılıb və 569 nəfər abituriyent qeydiyyatdan keçib. 181 nəfər “Zoom” proqramı, 388 nəfər isə telefon vasitəsilə onlarla əlaqə yaradılmasını istəyib. 11 iyul tarixindən etibarən telefon vasitəsilə əlaqə yaradılmasını seçən abituriyentlərin müraciətlərinin baxılmasına başlanılıb. Apellyasiya üçün müraciət etmiş bütün abituriyentlərlə növbəli şəkildə əlaqə saxlanılacaq.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, A2 formatlı rəsm işlərinin fotosurəti onların qeydiyyatdan keçdikləri səhifələrində, nəticələri ilə birlikdə yerləşdirilir. A3 formatlı rəsm işləri isə Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Dizayna (ADAU) aid digər 87-ci komissiya üzrə 221 nəfər qeydiyyatdan keçib. Bu komissiya üzrə imtahanlar hələlik başlamayıb. 10-cu (Rəngkarlıq), 11-ci (Qrafika), 12-ci (Heykəltəraşlıq) və 67-ci (Rəngkarlıq, NDU) komissiyalar üzrə müvafiq olaraq 237, 304, 42, 41 nəfər qeydiyyatdan keçib və 11-ci komissiya istisna olmaqla, digər imtahanlar hələlik başlamayıb.
Aşağıdakı cədvəllərdə hər bir təhsil səviyyəsi üzrə 12 iyul tarixinə olan statistik məlumatlarla daha ətraflı tanış ola bilərsiniz:
Ali təhsil səviyyəsi üzrə
Komissiya |
Ümumi say |
İmtahanı yekunlaşıb |
Müvəffəq qiymət alıb |
6 baldan aşağı top. |
İmtahana gəlməyib |
Qeyd |
10 (Rəngkarlıq) |
237 |
- |
- |
- |
- |
Başlamayıb |
11 (Qrafika) |
304 |
- |
46 |
159 |
99 |
Davam edir |
12 (Heykəltəraşlıq) |
42 |
- |
- |
- |
- |
Başlamayıb |
13 (Təsviri incəsənət müəllimliyi) |
1290 |
- |
- |
- |
- |
Başlamayıb |
14 (Dizayn) |
2482 |
2020 |
606 |
1414 |
462 |
Başa çatıb |
15 (Dekorativ sənət) |
735 |
221 |
164 |
30 |
27 |
Başa çatıb |
67 (Rəngkarlıq, NDU) |
41 |
- |
- |
- |
- |
Başlamayıb |
70 (Təsviri incəsənət müəllimliyi) |
97 |
- |
- |
- |
- |
Başlamayıb |
81 (Təsviri incəsənət müəllimliyi) |
370 |
- |
- |
- |
- |
Başlamayıb |
87(Dizayn) |
221 |
- |
- |
- |
- |
Başlamayıb |
89 (Təsviri incəsənət müəllimliyi) |
100 |
79 |
56 |
23 |
21 |
Başa çatıb |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə
Komissiya |
Ümumi say |
Məqbul |
Qeyri-məqbul |
İmtahana gəlməyib |
Qeyd |
1601 (Təsviri sənət (İncəsənət Kolleci-ADRA)) |
567 |
- |
- |
- |
Başlamayıb |
1602 (Təsviri sənət) |
469 |
- |
- |
- |
Başlamayıb |
1604 (Dizayn) |
250 |
- |
- |
- |
Başlamayıb |
1607 (Dizayn) |
38 |
7 |
8 |
23 |
Başa çatıb |
1701 (Heykəltəraşlıq (İncəsənət Kolleci-ADRA)) |
36 |
- |
- |
- |
Başlamayıb |
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə
Komissiya |
Ümumi say |
Məqbul |
Qeyri-məqbul |
İmtahana gəlməyib |
Qeyd |
210 (Təsviri sənət (İncəsənət Kolleci-ADRA)) |
643 |
132 |
400 |
111 |
Başa çatıb |
211 (Təsviri sənət) |
522 |
249 |
92 |
38 |
Davam edir |
212 (Heykəltəraşlıq (İncəsənət Kolleci-ADRA)) |
45 |
7 |
27 |
11 |
Başa çatıb |
311 (Təsviri sənət) |
31 |
- |
- |
- |
Başlamayıb |
411 (Təsviri sənət) |
184 |
- |
- |
- |
Başlamayıb |
511 (Təsviri sənət) |
48 |
- |
- |
- |
Başlamayıb |
711 (Təsviri sənət) |
62 |
14 |
32 |
16 |
Başa çatıb |