Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniyanın Kansleri Olaf Şolts Ukraynaya “Patriot” zenit-raket kompleksinin əlavə buraxılış qurğularının və raketlərin verilməsi haqqında razılığa gəliblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Zelenskinin bəyanatında deyilir.
O bildirib ki, bu məsələni NATO-nun Vilnüs sammiti çərçivəsində Şoltsla müzakirə edib.
Zelenski Ukraynaya göstərdiyi dəstəyə görə Almaniyaya təşəkkürünü bildirib.
“Uzunmüddətli dəstək proqramları Avropamızın təhlükəsizlik və sülh məkanı olaraq qalacağına dair ən yaxşı siqnaldır. Bu, ukraynalıların həyatını qorumaq üçün son dərəcə vacibdir”, - Ukrayna Prezidenti əlavə edib.