Qırğızıstan Prezidenti ölkənin yeni hərbi doktrinasını təsdiqləyib

A- A A+

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin hərbi doktrinasının yeni variantının təsdiq edilməsi barədə fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, respublikanın yeni hərbi doktrinası ilk dəfə Təhlükəsizlik Şurasının iyunun 13-də keçirilən iclasında açıqlanıb. Sənəd ilk növbədə Qırğızıstan Silahlı Qüvvələrinin gücləndirilməsinə yönəlib. Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, yeni hərbi doktrina “dövlətin yeni sistemlə idarə edilməsi, dünyada və Mərkəzi Asiya regionunda hərbi-siyasi vəziyyət” səbəbindən qəbul olunub.

Qırğızıstan müstəqillik illərində bir neçə dəfə təhlükəsizlik problemləri ilə üzləşib. 1999-2000-ci illərdə ölkə ekstremist qrupların hücumuna məruz qalıb. 2017-ci ildən bəri Qırğızıstanın qonşu dövlətlərlə sərhədində bir sıra silahlı toqquşmalar baş verib. 2022-ci ildə Tacikistan sərhədçiləri ilə münaqişə zamanı 62 nəfər həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: