İnsansız quru platforması olan ALPAR zirehli texnikası müdafiə sənayesi sahəsində yenilik hesab edilə bilər.
NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, “Otokar” şirkəti yeni ALPAR insansız quru platformasını təqdim edib. İlk dəfə ictimaiyyətə təqdim edilən ALPAR pilotsuz quru vasitəsinin çəkisi 12, yükgötürmə qabiliyyəti isə 3 tondur. Müxtəlif vəzifələr üçün bir platforma olan ALPAR saatda maksimum 70 km sürətə çatmaq və 500 km məsafədə tapşırıqları yerinə yetirmək qabiliyyəti ilə diqqət çəkir.
ALPAR zirehli döyüş maşını olmaqla bərabər, kəşfiyyat müşahidə vasitəsi, tank və PUA əleyhinə vasitə, estafet və logistika xidməti ilə 6 fərqli missiyanı yerinə yetirə bilər. 30 millimetrlik silah sisteminə malik ALPAR pilotsuz quru platformasına 2 ədəd orta mənzilli tank əleyhinə idarəolunan raket sistemi OMTAS da quraşdırılıb. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanmış OMTAS döyüş meydanında müasir zirehli təhlükələrə qarşı effektiv olan təkmil, ən müasir tank əleyhinə idarəolunan raket sistemi hesab edilir.