Bu həftənin əvvəlində Fransa Prezidenti Emmanuel Makronun rəsmi iqamətgahına - Yelisey sarayına kəsilmiş barmaq göndərilib.
NUHÇIXAN xəbər verir ki, Valeurs Actuelles jurnalının yaydığı informasiyaya görə, poçtla göndərilən kəsilmiş barmaq soyuducuda saxlanılıb və daha sonra polisə təhvil verilib. Barmağın aid olduğu şəxs müəyyənləşdirilib və ona tibbi yardım göstərilib.
Yelisey sarayı hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.