İlon Mask süni intellektin tədqiqi üzrə kompaniya təsis edib

A- A A+

Amerikalı sahibkar İlon Mask süni intellektin tədqiqi ilə məşğul olacaq “xAI” kompaniyasının təsis edildiyini bildirib. O, bu barədə özünün tviter səhifəsində məlumat verib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Mask hələ ki, firmanın məşğul olacağı layihələrin detalları barədə məlumatları bölüşməyib. Lakin yeni kompaniyanın saytında göstərilib ki, onun məqsədi “kainatın həqiqi təbiətini dərk etməkdir”.

Maskın komandası iyulun 14-də təşkil olunacaq audioefir əsnasında öz planlarının təfərrüatlarını açıqlamağı vəd edir. Həmin efir milyarderin əvvəllər satın aldığı tviter sosial şəbəkəsində olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: