"G7"-nin Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətində lazımi silahların tədarükü xüsusi vurğulanacaq

A- A A+

“G7 ölkələrinin Ukraynaya verəcəkləri təhlükəsizlik zəmanətində konkret olaraq qeyd olunacaq ki, müttəfiq ölkələr bizə qarşıdakı illərdə lazımi silahları verməyə hazırdırlar”.

NUHÇIXAN “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba telemarafonun efirində deyib.

Onun sözlərinə görə, hər bir ölkə ilə ayrı-ayrılıqda müqavilə imzalanacaq: "Hər bir dövlətlə müqavilə imzalanacaq. Sənədlərdə konkret olaraq göstəriləcək ki, müttəfiq dövlətlər lazım olduğu müddət ərzində bizə silah verəcək”.

Qeyd edək ki, NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilmiş sammitində G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verəcəklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: